Məhəmməd bin Xəlifə Universitetinin professoru: Mənzil bərpa prosesi üçün mühüm rol oynayır
21.05.2026 [11:10]
Xəbərin mətni
Mənzil məsələsi müvəqqəti sığınacaqdan fərqli olaraq, xüsusilə də insan tərəfindən törədilən fəlakətlərdən bəhs etdikdə, siyasi dəyərlərlə yüklənmişdir. Əgər söhbət münaqişədən gedirsə, bu, çox vaxt ərazi ilə bağlı olur. Bu, torpaq qazanmaqla bağlıdır. Bu, müəyyən insanların sistemli şəkildə köçürülməsi, sərhəddən o tərəfə keçirilməsi və s. ilə bağlı ola bilər. Beləliklə, mənzilin siyasi ölçüsü çox böyükdür. Bu fikirləri Dohanın Məhəmməd bin Xəlifə Universitetinin professoru Sultan Barakat BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.