Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT rəsmisi: Şəhərlərin dağıdılması və insanların didərgin salınması insan hüquqları böhranının nəticəsidir

21.05.2026 [11:20]

Xəbərin mətni

Biz, ilk növbədə, şəhərlərin dağıdılmasının və icmaların didərgin salınmasının qarşısını almalıyıq. Çünki şəhər böhranları, əslində, insan hüquqlarının pozulmasına görə məsuliyyət mexanizmlərinin zəifləməsinin, beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmətin aşınmasının nəticəsidir. Bunun acı nümunələrini bu gün Qəzzada, Suriyada və Ukraynada görürük. Bunu BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Paula Gaviria BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.