Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Hüseynov: Keçmiş məcburi köçkünlərin, yerli sakinlərin səsləri yenidənqurma prosesinin lap əvvəlindən nəzərə alınmalıdır

21.05.2026 [11:21]

Xəbərin mətni

Keçmiş məcburi köçkünlərin, yerli sakinlərin, qadınların, gənclərin və həssas qrupların səsləri yenidənqurma prosesinin lap əvvəlindən nəzərə alınmalıdır. Çünki uğurlu bərpa yalnız tikilən evlərin sayı ilə ölçülmür. O, insanların həqiqətən öz evlərinə qayıtdıqlarını hiss edib-etməmələri ilə ölçülür. Bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə səsləndirib.