Keniyalı müşavir: Azərbaycanın müasir infrastrukturu gələcəyin şəhərləri üçün nümunədir
21.05.2026 [11:29]
Xəbərin mətni
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) aparılan müzakirələr şəhər planlaşdırılması və dizaynı sahəsində mövcud problemlərin həllinə çalışan insanların bir araya gəlməsi ilə diqqət çəkir. Forum çərçivəsində Kolumbiyanın Boqota şəhərində həyata keçirilən layihələr, həmçinin Asiyada qurulan gələcəyin şəhərləri ilə bağlı təqdimatlar nümayiş olunur. Müzakirələr zamanı Azərbaycanın müharibədən sonrakı dövrdə iqtisadiyyatın bərpası və memarlıq sahəsində formalaşdırdığı müasir infrastruktur xüsusi maraq doğurub. Bu sözləri AZƏRTAC-a müsahibəsində Keniyadan olan planet üçün yürüş qlobal təşəbbüsünün gənc müşaviri Joseph Silali söyləyib.