Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Böhranın bütün həll yolları insan mərkəzli olmalıdır

21.05.2026 [11:32]

Xəbərin mətni

Böhranların insan faktoru və ya təbii fəlakətlər səbəbindən baş verməsindən asılı olmayaraq, hər bir kontekst fərqlidir. Lakin günün sonunda zərər çəkən tərəf insanların özüdür. Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.