WUF13-ün beşinci günündə diqqət hansı məsələlərə yönəlib?
21.05.2026 [11:41]
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 5-ci günüdür. Beynəlxalq tədbir çərçivəsində urbanizasiya sahəsində bir çox məsələlər müzakirə olunur. Gün ərzində müasir şəhərsalmada ekologiya məsələləri, böhrandan sonra mənzil fondunun bərpası və yenidənqurma işləri, həmçinin su ehtiyatları ilə bağlı mövzular diqqət mərkəzində olacaq.