Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anaklaudia Rossbax: İnkişaf sektoru mənzil təminatı məsələsinə lazımi diqqəti yetirməyib

21.05.2026 [11:50]

Xəbərin mətni

Humanitar və inkişaf fondları üçün ayrılan vəsaitlər arasında ciddi uyğunsuzluqlar var. Məsələn, BMT, beynəlxalq QHT-lər və digərləri tərəfindən alınan humanitar fondlar mənzil təminatı üçün nəzərdə tutulmayıb. Bu fondlar həyat xilas etmək, təcili yardım göstərmək və bu kimi digər məqsədlər üçündür. Bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.