Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-ün iştirakçısı: Şəhərlərdə planlaşdırma insan ehtiyaclarına uyğun olmalıdır

21.05.2026 [12:19]

Xəbərin mətni

Müasir dövrdə dünyanın bütün ölkələrində şəhərlərin üzləşdiyi əsas problemlərdən biri sürətli urbanizasiyadır. Bu proses nəticəsində şəhərlər hər zaman hər kəs üçün uyğun və əlçatan olmur. Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Azərbaycanın ADA Universitetinin tələbəsi Rəqd Yasser deyib.