Lüsi Erl: İnsanların uzun müddət çadırlarda və ya müvəqqəti şəraitdə qalması növbəti mərhələyə keçidi çox çətinləşdirir
21.05.2026 [12:21]
Xəbərin mətni
Kütləvi köçkünlük zamanı humanitar yardımın kritik əhəmiyyəti olsa da, mənzil məsələsinin mürəkkəbliyindən qaçmaq üçün tez-tez "mənzil" əvəzinə "sığınacaq" terminindən istifadə olunur. Sığınacaq həyat qurtarıcı ola bilsə də, şəhər mühitində insanların uzun müddət çadırlarda və ya müvəqqəti şəraitdə qalması növbəti mərhələyə keçidi çox çətinləşdirir. Bunu Beynəlxalq Ətraf mühit və inkişaf institutunun tədqiqatlar və strateji təsir üzrə direktoru Lüsi Erl BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.