Tamara Marin: Torpaq planlaşdırılması, maliyyə və dövlət siyasəti bir-birilə uzlaşırsa mənzil əlçatanlığına nail ola bilərik
21.05.2026 [12:24]
Xəbərin mətni
Torpaq planlaşdırılması, maliyyə və dövlət siyasəti bir-birilə uzlaşırsa biz mənzil əlçatanlığına nail ola bilərik. Bunu Uruqvayın mənzil və ərazi planlaşdırma naziri Tamara Marin Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.