Muxtar Babayev: Beynəlxalq təcrübənin milli reallıqlara inteqrasiya edilməsi vacibdir
21.05.2026 [12:25]
Xəbərin mətni
COP29-un Bakıda uğurlu keçirilməsi Azərbaycanın praktik iqlim tədbirlərinə və beynəlxalq əməkdaşlığa sadiqliyini daha da gücləndirib. Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada videomüraciətlə çıxışı zamanı deyib.