WUF13 Təşkilat Komitəsinin üzvü: İnklüzivlik davamlı şəhər inkişafının əsas prioriteti kimi önə çıxır
21.05.2026 [12:53]
Xəbərin mətni
Müasir dövrdə davamlı inkişaf artıq yalnız ekoloji məsələ kimi deyil, həm də iqtisadi dayanıqlılıq, sosial rifah və effektiv idarəetmə ilə birbaşa bağlı olan strateji prioritet kimi qiymətləndirilir. Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı deyib.