Aygün Əliyeva: Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı diqqətəlayiqdir
21.05.2026 [12:54]
Beynəlxalq təcrübə göstərir ki, ekoloji idarəetmə standartları effektiv institusional modellər kimi geniş tətbiq olunur. Eyni zamanda, ekoloji, sosial və korporativ idarəetmə yanaşmaları (ESG) getdikcə həm dövlət, həm də özəl sektorun qərarvermə proseslərinə inteqrasiya edilir və davamlılıq ölçüləbilən və hesabatlılığa əsaslanan idarəetmə çərçivəsinə çevrilir. Bu baxımdan Azərbaycanın ilk milli dayanıqlılıq təşəbbüslərinin və davamlı təcrübə standartlarının inkişafı xüsusi diqqətəlayiqdir. Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı bildirib.