İdarə Heyətinin sədri: Davamlılıq yalnız ekoloji siyasət deyil, həm də idarəetmə mədəniyyəti və ortaq məsuliyyət modelidir
21.05.2026 [12:56]
Son illərdə “yaşıl” iqtisadi artım siyasətləri və davamlı inkişaf təşəbbüsləri vasitəsilə mühüm institusional əsaslar yaradılıb. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri çərçivəsində “yaşıl” inkişaf prinsiplərinin daxil edilməsi, azad olunmuş ərazilərdə “yaşıl enerji zonası” və “ağıllı yaşayış məntəqələri” konsepsiyalarının tətbiqi, eləcə də COP29-a ev sahibliyi çərçivəsində iqlim gündəliyinin gücləndirilməsi bu sahədə sistemli yanaşmanı nümayiş etdirir. Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu xüsusilə əhəmiyyətlidir. Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı deyib.