Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fatma Yıldırım: Azərbaycan dayanıqlı inkişaf təşəbbüslərini dəstəkləyən məsuliyyətli tərəfdaş kimi çıxış edir

21.05.2026 [13:31]

Xəbərin mətni

Müasir dünyada dayanıqlılıq yalnız ekoloji anlayış kimi qəbul olunmur. Bu gün dayanıqlılıq iqtisadi inkişafın, sosial məsuliyyətin və effektiv idarəetmənin əsas sütunlarından birinə çevrilib. Dünyanın qarşıladığı iqlim dəyişiklikləri, urbanizasiya və resurs çatışmazlığı kimi çağırışlar göstərir ki, gələcəyin inkişaf modeli məhz dayanıqlı yanaşma üzərindən qurulmalıdır. Bu baxımdan WUF13-ün Bakıda keçirilməsi olduqca önəmlidir. Bu tədbir Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun qlobal inkişaf gündəliyində fəal iştirakının və müasir şəhərsalma siyasətinin göstəricisidir. Bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı təcrübələr standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı Milli Məclisin deputatı Fatma Yıldırım deyib.