Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən konsepsiyalar dayanıqlı inkişaf modelinin real nümunəsidir
21.05.2026 [13:33]
Xəbərin mətni
Ətraf mühitə həssas yanaşma, resurslardan səmərəli istifadə, sosial inklüzivlik və məsuliyyət anlayışı gələcəyin sağlam və güclü cəmiyyətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və yenidənqurma layihələri məhz həmin prinsiplərə əsaslanır. Bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı Milli Məclisin deputatı Fatma Yıldırım deyib.