Asiya İnkişaf Bankı: Çoxqatlı maliyyələşmə strukturu yaradılmalıdır
21.05.2026 [13:37]
Xəbərin mətni
Əlçatan mənzil layihələrində milli hökumətlər, şəhər idarəetmələri, inkişaf bankları, özəl sektor və icmaların hər birinin ayrıca rolu var. Bu sözləri Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Srinivas Sampat Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş" mövzusunda paneldə deyib.