WUF13-ün pozitiv qəhrəmanları-könüllülər
21.05.2026 [14:21]
Xəbərin mətni
Beynəlxalq tədbirlərdə könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır. WUF13-də könüllü olaraq iştirak etmək istəyən 16 min nəfər qeydiyyatdan keçib. Onların seçim prosesi bir neçə mərhələdə aparılıb. Müraciətlər arasından seçilən gənclər həm ümumi, həm də praktiki təlimlərə cəlb olunublar.