Marco Bovati: Mənzil mövzusu tələbələrin tədrisində xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biridir
21.05.2026 [14:35]
Xəbərin mətni
Müasir dövrdə mənzil konsepsiyası sürətli ekoloji dəyişikliklərə və ümumi innovasiya proseslərinə uyğun şəkildə formalaşdırılmalıdır. Bu barədə ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dosenti Marco Bovati WUF13-də Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” mövzulu sessiyada deyib.