Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Afrikalı mer: Azərbaycan urbanizasiya sahəsində inkişaf etmiş ölkələrdən biridir

21.05.2026 [14:37]

Xəbərin mətni

Bakıda təşkil olunan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox vacibdir. İlk növbədə bizi qəbul etdiyinə görə, Azərbaycana təşəkkür etməliyik. Bu beynəlxalq nüfuzlu tədbir ona görə əhəmiyyətlidir ki, dünyanın müxtəlif şəhərləri burada bir araya gələrək urbanizasiya, dayanıqlı tikinti və yaşayış məntəqələrinin inkişafı ilə bağlı yaxşı təcrübələrini bölüşürlər. Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Cənubi Afrika Yerli İdarəetmə Assosiasiyasının təmsilçisi, Qautenq əyalətində yerləşən Lesedi Yerli Bələdiyyəsinin icraçı meri Meluleki Nelson Ronald Nkosi deyib.