Azərbaycan Dövlət İnformasiya Agentliyi

Norio Saito: Su təchizatı sistemləri qurularkən tullantı sularının idarə olunması nəzərə alınmalıdır

21.05.2026 [15:56]

Xəbərin mətni

Su təchizatı sistemləri qurularkən yalnız suyun təminatı deyil, tullantı sularının idarə olunması da nəzərə alınmalıdır. Bu sözləri Asiya İnkişaf Bankının (ADB) Su təchizatı və şəhər inkişafı şöbəsinin rəhbəri Norio Saito Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.