Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bosniya və Herseqovinanın keçmiş XİN naziri: Mənzil təminatı və yenidənqurmada QHT-lərlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir

21.05.2026 [17:01]

Xəbərin mətni

Mənzil təminatı və yenidənqurmada çoxsaylı qeyri-hökumət təşkilatlarının iştirakı xüsusi əhəmiyyət daşıyır və minlərlə QHT ilə əməkdaşlıq vacibdir. Bu sözləri Bosniya və Herseqovina Rəyasət Heyətinin serbiyalı sabiq üzvü, ölkənin keçmiş xarici işlər naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mladen İvaniç Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” mövzusunda tədbirdə çıxışı zamanı deyib.