Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı “Boston Consulting Group”un ən sürətlə dəyişən şəhərlər reytinqində ilk 20-likdə yer alıb

21.05.2026 [17:16]

Xəbərin mətni

Azərbaycanın paytaxtı Bakı “Boston Consulting Group”un (BCG) “2014–2024-cü illərdə ən sürətlə dəyişən 20 şəhər” reytinqində ilk 20 şəhər sırasında yer alıb. Bu barədə BCG-nin şəhərlər və regionlar üzrə departamentinin direktor müavini Yekaterina Şapoçka BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda keçirilən qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı zamanı deyib.