Azərbaycan Dövlət İnformasiya Agentliyi

Read Qasımov: Bakının Baş Planı paytaxtın daha yaşıl və dayanıqlı qlobal şəhərə çevrilməsini hədəfləyir

21.05.2026 [18:43]

Xəbərin mətni

“Bakı Baş Planı 2040” çərçivəsində paytaxt sadəcə böyüyən meqapolis kimi deyil, daha yaşıl, inklüziv, dayanıqlı və rəqabətqabiliyyətli qlobal şəhər kimi nəzərdə tutulur. Bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.