Azərbaycan Dövlət İnformasiya Agentliyi

Patricia Scotland: WUF13-dəki müzakirələr praktik həllər, ölçüləbilən nəticələr və daha koordinasiyalı əməkdaşlıq üçün əsas yaradır

21.05.2026 [18:49]

Xəbərin mətni

Mənzil siyasətində uğur yalnız strategiyaların hazırlanması ilə deyil, onların effektiv icrası ilə müəyyən olunur. Bu fikri Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq baş katibi Patricia Scotland WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Multitərəfli əməkdaşlıq vasitəsilə mənzil siyasətinin inkişafı: qlobal öhdəliklərdən yerli təsirə” sessiyasında səsləndirib.