Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb

21.05.2026 [19:14]

Xəbərin mətni

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “ADA Universiteti- Sosial Mənzilli İnklüziv Qonşuluqlar: Vyana modelindən dərslər və beynəlxalq tətbiq potensialı” mövzusunda tədbir keçirilib. ADA Universitetinin professoru Silja Tillner tədbirdə çıxış edərək Vyananın sosial mənzil modelinin tarixi inkişafı, inklüziv və əlçatan yaşayış məkanlarının yaradılması, müxtəlif sosial qrupların bir arada yaşadığı məhəllə konsepsiyası, eləcə də şəhərsalma və nəqliyyat planlamasının inteqrasiyası barədə danışıb.