Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-ü işıqlandıran xarici jurnalist Şamaxıda: Cümə məscidi haqqında ətraflı məlumat aldıq

21.05.2026 [19:27]

Xəbərin mətni

Bizim Şamaxı turumuz çox gözəl keçdi. Qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət etdik. Burada Cümə məscidi haqqında ətraflı məlumat aldıq. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələrinin Şamaxıya mediaturu zamanı Banqladeşdən olan jurnalist İsrafil Hovlaferli deyib.