Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: “Azərbaycan Mədəniyyəti – 2040” yeni inkişaf modeli təqdim edir

21.05.2026 [20:29]

Xəbərin mətni

Bərpa yalnız dağıdılanı yenidən qurmaq deyil, həm də kimliyi və ləyaqəti, insanların özlərini aid hiss etdikləri məkanlarla olan mənəvi bağlarını bərpa etməkdir. “Böyük Qayıdış”ın uğuru da məhz bu prinsipə əsaslanır-işğaldan əvvəl mövcud olmuş mədəni və sosial həyatın yenidən canlandırılmasına xidmət edir. AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiyada çıxışı zamanı deyib.