Uqanda rəsmisi: Şəhərlərdə mənzil, infrastruktur və məşğulluq əsas problemlərdəndir
21.05.2026 [22:55]
Xəbərin mətni
Müasir dövrümüzdə şəhərlər bir çox çağırışlarla üz-üzədir. Əsas çağırışlar sırasında məişət tullantılarının idarə edilməsi, infrastruktur baxımından şəhərlərdə planlaşdırmanın aparılması və insanların əlverişli yaşayışı üçün mənzil və yolların salınması yer alır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Uqandanın Abadlaşdırma, Mənzil və Şəhərsalma Nazirliyinin planlaşdırma və büdcə məsələləri üzrə əməkdaşı Devid Vamay deyib.