WUF13 çərçivəsində tədbir: “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol”
21.05.2026 [23:52]
Xəbərin mətni
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda Laçın və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təşkilatçılığı ilə “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” adlı tədbir keçirilib. Tədbirdə Qarabağda həyata keçirilən yenidənqurma işləri və şəhərsalma siyasəti diqqət mərkəzində dayanıb.