Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu
22.05.2026 [09:43]
Xəbərin mətni
Bu gün səfərimizə Cümə məscidindən başladıq. Bizə məscidin zəlzələdən sonra bərpa prosesi və ərazi ilə bağlı tarixi məlumatlar təqdim olundu. Eyni zamanda, burada yaşayan insanların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, müxtəlif dini və mədəni dəyərlərin qorunduğu vurğulandı. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələrinin Şamaxıya mediaturu zamanı “Abos” Afrika Xəbər Agentliyinin əməkdaşı Eunice Ngui deyib.