Vüqar Süleymanov: 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
22.05.2026 [11:48]
Xəbərin mətni
Mina təhlükəsi yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusundakı tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.