Azərbaycanda minadan zərərçəkənlərin 302-si uşaq və gənclər, 38 nəfəri isə qadınlardır
22.05.2026 [11:53]
Xəbərin mətni
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin qiymətləndirmələr zamanı bir milyondan çox minanın olduğu aşkarlanıb. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusunda tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.