Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

22.05.2026 [11:58]

Xəbərin mətni

Bu il 23 min 335 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.