Ramil Cahangirov: Azad edilmiş ərazilərdə şəhərsalma prosesində təhlükəsizlik bir nömrəli məsələdir
22.05.2026 [12:13]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma norma və standartlara uyğun aparılır. Lakin bu prosesdə təhlükəsizlik bir nömrəli məsələdir. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizlənə fəaliyyətinin kritik rolu” mövzusundakı tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov deyib.