Mariyana Kuyundziç: Mina təhlükəsizliyi yaşıl və dayanıqlı inkişaf üçün əsas şərtdir
22.05.2026 [12:21]
Xəbərin mətni
Bizim öhdəliyimiz icmaları və onların dolanışıq vasitələrini canlandırmaq üçün imkanlar yaratmaqdır. İnsanların üzərində gəzməsi üçün təhlükəsiz torpağın olması çox vacibdir. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç deyib.