Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır
22.05.2026 [12:41]
Xəbərin mətni
Minalar silahlı münaqişə bitdikdən onilliklər sonra belə insanları öldürməyə davam edən müharibə qalıqlarıdır. Müharibənin bu gizli silahları torpaqları qorxu, iflic və geridəqalmışlıq zonalarına çevirir. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ADA Universitetinin Praktika üzrə Professoru və "Moot Court" Proqramının Direktoru Rodriqo Labardini deyib.