WUF13-də Bamako metropoliten modeli təqdim edilib
22.05.2026 [13:19]
Xəbərin mətni
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyasında Mali nümayəndəsi, Böyük Bamako Metropoliten Ərazisinin daimi katibi Osmane Sou ölkəsində həyata keçirilən şəhərsalma və metropoliten idarəetmə modelini təqdim edib. AZƏRTAC xəbər verir ki, çıxışda Bamako şəhərinin sürətli urbanizasiya, infrastruktur çatışmazlığı və mənzilə çıxış problemləri ilə üzləşdiyi qeyd olunub.