WUF13: Mənzil böhranının həllində metropoliten idarəetmə üzrə Barselona təcrübəsi təqdim olunub
22.05.2026 [13:22]
Xəbərin mətni
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyasında mənzil böhranının həllində metropoliten (böyük şəhər) idarəetməsi üzrə Barselona Metropoliten Ərazisinin təcrübəsi təqdim olunub. Barselona Böyükşəhər Ərazisinin Proqnozlaşdırma və Strategiya şöbəsinin rəhbəri Eva Qarsia Çueka öz təqdimatında metropoliten idarəetmənin mənzil böhranı və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rolundan danışıb.