Rəşid Seedat: Əsrin ortalarına kimi Afrika əhalisinin 60 faizi metropolitan ərazilərdə yaşayacaq
22.05.2026 [13:27]
Xəbərin mətni
Hal-hazırda Afrikanın demək olar ki, yarısı böyükşəhər ərazilərində yaşayır, əsrin ortasına qədər bu rəqəm 60 faizə çatacaq. Bu regionlar artıq qitənin ÜDM-in 60 faizini istehsal edir. Lakin böyükşəhər idarəetməsi üçün ardıcıl hüquqi-siyasi çərçivənin olmaması ciddi problem olaraq qalır. Bu məlumatı Qautenq Şəhər-Region Observatoriyasının (Cənubi Afrika) icraçı direktoru Rəşid Seedat Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” panel sessiyasında çıxışı zamanı söyləyib.