Metyu Benn: Yaşıl enerji şəhər inkişafının əsasını təşkil edir
22.05.2026 [14:01]
Xəbərin mətni
Yaşıl enerji müasir şəhərlərin inkişafı üçün olduqca vacibdir. Enerji şəhərdə gördüyümüz bütün işlərin əsasını təşkil edir. Nəqliyyatdan tutmuş evlərin enerji təminatına qədər hər şey bununla bağlıdır. Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən UN-Habitat-ın nümayəndəsi Metyu Benn deyib.