Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: 14 ildən sonra Ümumdünya Şəhərsalma Forumu yenidən Latın Amerikasına qayıdır

22.05.2026 [14:58]

Xəbərin mətni

Böyük məmnuniyyətlə qeyd edirik ki, 14 ildən sonra Ümumdünya Şəhərsalma Forumu yenidən Latın Amerikasına qayıdır. Sonuncu dəfə bu forum Kolumbiyanın Medellin şəhərində keçirilib. Eyni zamanda, WUF14-ün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, 2030-cu ilə qədər keçiriləcək son forum olacaq. Bunu Ümumdünya Şəhərsalma Forumunun növbəti – 14-cü Sessiyasına (WUF14) ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero WUF13-ün yekun mətbuat konfransında söyləyib.