Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: UN-Habitat ilə imzalanan niyyət məktubu forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına xidmət edəcək

22.05.2026 [15:08]

Xəbərin mətni

Azərbaycan WUF-un gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı mətbuat konfransında deyib.