Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzurda “ağıllı” yaşayış məntəqələrinin qurulması təcrübəsi beynəlxalq tərəfdaşlarla paylaşılır

22.05.2026 [15:11]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycan üçün mühüm hadisədir və ölkənin dayanıqlı şəhərsalma sahəsində qazandığı təcrübənin beynəlxalq platformada təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.