Eva Qarsia Çueka: Azərbaycan WUF13-ə yüksək səviyyədə ev sahibliyi edib
22.05.2026 [15:42]
Xəbərin mətni
Mənim üçün Azərbaycanı tanımaq çox təsirli bir təcrübə oldu. Bu ölkə qədim mədəniyyətə malik, çox maraqlı və ilhamverici bir ölkədir. WUF13-də iştirak etmək isə çox xoş oldu. Hesab edirəm ki, ölkə tədbirə yüksək səviyyədə və çox səmimi şəkildə ev sahibliyi edib. Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Barselona Böyükşəhər Ərazisinin Proqnozlaşdırma və Strategiya şöbəsinin rəhbəri Eva Qarsia Çueka deyib.