Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malayziyalı nümayəndə: İctimai məkanlar insanların həyat keyfiyyətini artırır və sosial bağlılığı gücləndirir

22.05.2026 [15:59]

Xəbərin mətni

İctimai məkanların əhəmiyyəti insanların həyat keyfiyyətini artırmasındadır. Bu məkanlar sakinlərə daha yaxşı həyat şəraiti təqdim edir, insanların daha çox dincəlməsinə, gəzməsinə, təbiəti qiymətləndirməsinə imkan yaradır. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən malayziyalı nümayəndə Mohd Şyafiq Bin Subri deyib.