Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anaklaudia Rossbax: WUF13-ün nəticəsi Bakıda verilən öhdəliklərin icrası ilə ölçüləcək

22.05.2026 [16:05]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğuru yalnız səsləndirilən ideyalarla deyil, şəhərlərdə və dövlət siyasətlərində həyata keçiriləcək konkret addımlarla qiymətləndiriləcək. Bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekun günü təşkil olunan mətbuat konfransında səsləndirib.