Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amina Mohammed: Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya üzrə əsas qlobal platformadır

22.05.2026 [16:10]

Xəbərin mətni

Geosiyasi gərginliklər və münaqişələrin dünya liderlərinin gündəmini zəbt etdiyi bir dövrdə Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya və insan məskunlaşmaları üzrə əsas qlobal platforma olduğunu bir daha nümayiş etdirib. Bu fikirləri BMT Baş katibinin müavini Amina Mohammed BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında deyib.