Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-ün CAR-dan olan iştirakçısı: Əsas problemlərdən biri hökumətlə icmalar arasında əməkdaşlığın zəif olmasıdır

22.05.2026 [17:01]

Xəbərin mətni

“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müzakirələri izləmək üçün gəlmişdim. Düşünürəm ki, əsas problemlərdən biri hökumətlə icmalar arasında əməkdaşlığın zəif olmasıdır”. Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-ün iştirakçısı, Cənubi Afrika Respublikasında (CAR) fəaliyyət göstərən Şəhər və Kənd Yoxsulları Federasiyasının milli koordinatoru, “Shack/Slum Dwellers International” (SDİ) təşkilatının həmtəsisçilərindən biri Rose Molokoane deyib.