Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat: Mənzil hər bir insanın hüququdur və qlobal şəhər gündəliyinin mərkəzində dayanmalıdır

22.05.2026 [17:24]

Xəbərin mətni

Bu həftə dövlət və hökumət başçıları, nazirlər, merlər, yerli və regional hökumətlər, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor liderləri və icmalar vahid bir fundamental həqiqət ətrafında bir araya gəldilər. Mənzil, sadəcə, bir əmtəə deyil. Mənzil hər bir insanın hüququdur. O, ləyaqətin, inklüzivliyin, imkanların və iqlimə davamlılığın təməlidir. Bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.